PUTİNDƏN ERMƏNİSTANA AÇIQ XƏBƏRDARLIQ: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Yerevanın sazişdən imtinası isə..."

img

17-11-2020 [22:50]


"Beynəlxalq hüquqa əsasən, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub".

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi: "Çünki heç bir dövlət Ermənistana hücum etməyib".

Rusiya prezidentinin sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçi missiyasını üzərinə götürüb, hər iki ölkənin liderini dinləyib və onlarla növbə ilə əlaqə saxlayıb/Report.

Mia.az xəbər verir ki, Putin "Rusiya 24" telekanalında Türkiyə ilə Qarabağla bağlı mərkəz yaradılmasına da toxunub: "Qarabağ üzrə birgə Rusiya-Türkiyə mərkəzi pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bizim Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradaq, hansı ki, pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik".

Rusiya Prezidenti əlavə edib ki, rəsmi Bakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin harada yerləşəcəyini özü müəyyən edəcək: "Görünür, bu, Azərbaycanın suveren ərazisində olacaq və Azərbaycan onun harada yerləşdirilməsi ilə bağlı qərar qəbul etməkdə müstəqildir"..

Rusiya prezidenti Ermənistanın Qarabağla bağlı üçtərəfli sazişdən imtina edəcəyi ehtimalına da münasibət bildirib: “Ermənistanın indiki əldə olunan Qarabağla bağlı sazişdən imtinası ölkə üçün intihar olardı. Baş nazir Nikol Paşinyan üçün əlbəttə ki, çətin idi, lakin üçtərəfli bəyanatımızı imzalayarkən real mənzərəni və vəziyyəti olduğu kimi açıqladı, vəziyyət bu gün də belədir. Əlavə edəcək bir şey yoxdur. O, bütün həqiqəti söylədi."

Kreml rəhbəri, eyni zamanda, hər bir ölkənin müqavilələrə riayət etməsi və ya yerinə yetirməməsi, lakin öhdəliklərini yerinə yetirməməsinin böyük bir səhv olacağını qeyd edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR