PREZİDENTİN İDARƏ ETDİYİ ZİREHLİ MAŞIN... - "Azərbaycanın öz istehsalıdır" + FOTOLAR

img

17-11-2020 [18:02]


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan bölgələrə səfəri cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.

Prezidentin çətin dağ yollarında zirehli avtomobili özü idarə etməsi isə xüsusi maraqla qarşılanıb. Bunu əks etdirən kadrlar sosial şəbəkələrdə dəfələrlə paylaşılıb.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz İlham Əliyevin idarə etdiyi avtomobillə bağlı qeydlər yazıb. 

O bildirir ki, Prezident Azərbaycanın öz istehsalı olan AZCAN SENTRY APC avtomobilindən istifadə edib: "Maşın Azərbaycan-Kanada birgə müəssisəsinin istehsalıdır. Motor 6.7, 362 at gücündədir. Şüşələrindən tutmuş hər yeri zirehlidir, gecə-gündüz görmə sistemləri, kameralarla təchiz olunub.

Əsasən sifarişlə, xüsusi təyinatlılar və hərbi məqsədlər üçün hazırlanır. Müharibə zamanı xüsusi hallarda mobil komanda məntəqəsi olaraq fəaliyyət göstərə bilir. Hazırda DİN-nin arsenalında istifadə edilir"/AzPolitika

img
Digər xəbərlər
SON XƏBƏRLƏR