BQXK prezidenti: “Rusiya sülhməramlılarının Qarabağda təhlükəsizliyi təmin edəcəklərinə ümid edirəm”

img

17-11-2020 [15:34]


“Biz son bir neçə ildə Rusiya ilə əməkdaşlığımızı inkişaf etdiririk. Biz humanitar məsələlərə aktiv diqqət ayırırıq. Son illər ərzində bir-birimiz haqda çox şeyi öyrənmişik. Biz Suriyada, Qafqazda çalışmışıq. Bu gün isə Qarabağdakı əməkdaşlığımız humanitar yardım təşkilatının çox dərin anlayışı ilə xarakterizə olunur”.

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauer Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

O, BQXK-nın son 27 ildə Qarabağ regionunda iş apardığını qeyd edib: “Son bir neçə həftə ərzində yardımın həcmini çoxaltmışıq, xüsusi ilə də məcburi köçkünlərə... Bu işi davam etdirəcəyik. Həlak olanların meyitlərinin mübadiləsi ilə bağlı işi davam etdirmək vacibdir. Regionda fəaliyyətimizi bundan sonra da möhkəmləndirmək vacibdir. Burada biz Rusiyanın yardımına və Rusiyanın Silahlı Qüvvələrinə ümid edirik. Ümid edirəm ki, onlar yerlərdə təhlükəsizliyi təmin edəcəklər”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA