Sumqayıtda polis əməliyyatı: 27 nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldı

img

17-11-2020 [12:25]


Sumqayıtda 28 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə Yevlax rayon sakini A.Abışovanın aldadılaraq 550 manat pulunun alınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb.

Ətrafında aprılan tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadaraq onlardan ümumilikdə 6 600 manat pul alması da müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA