Fərhad Əliyevlə Kəmaləddin Heydərovun daha bir fərqi: sabiq nazirin oğlu könüllü döyüşlərə gedib - Maraqlı iddialar yayıldı + FOTO
16-11-2020 [11:40]
"Keçmiş iqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbs olunmasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun "xidmətləri" az deyildi. F.Əliyevin "Hamı yerli mal alsın, xeyiri Vətənə qalsın" devizi çoxlarının xoşuna gəlmirdi. 2005-ci ildə həbs olunmuşdu, 10 il həbs vermişdilər, 8 il sonra Prezidentin sərəncamı ilə əfv edilərək azadlığa çıxdı. Adam elədikləri də üzünə durmuşdu Fərhad Əliyevin... Onun ağlına, savadına, vətənpərvərliyinə, dövlət başçısına olan sədaqətinə kimsənin şübhəsi ola bilməzdi. Torbasını tikib 8 ilini aldılar. F.Əliyev indi azadlıqdadır, öz çəkisini qoruyub saxlamağı bacaran adamdır. Sözümü nəyə gətirirəm?".
Mia.az xəbər verir ki, bu sözləri "Azsiyaset.com" saytının Baş redaktoru Samir Feyruzov sosial şəbəkədəki səhifəsində yazıb.
Jurnalist bildirib ki, sentyabrın 27-də başlayan müharibədə iştirak etmək üçün F.Əliyevin oğlu Yusif Əliyev cəbhəyə könüllü yola düşüb: "Məndə olan məlumata görə, bəzi adamlar onu zorla saxlamağa çalışsalar da, buna nail ola bilməyiblər. Yusif səfərbərlik xidmətinin qabağında saatlarla gözləyib və tələb edib ki, onu da aparsınlar. Özünün, ailəsinin hər cür maddi imkanları var, istəsəydi, müharibəni qulaqardına vurardı. Amma Yusif başa düşürdü ki, Vətənin ağır günündə Bakıda cah-cəlal içərisində oturmaq vicdansızlıq olardı. Və getdi, döyüşdü, hazırda cəbhədədir. Sağ-salamat evinə dönər.
Bəs orduda döyüşmək üçün iyul ayında orduya könüllü yazılan K.Heydərovun oğlanları - Taleh Heydərov və Nicat Heydərov hara yoxa çıxdılar? 44 günlük müharibədə niyə gözə dəymədilər? Mən deyim: Biri İngiltərədə idi. Bəs saytları çağırıb aktyorluq etmək, "Mənim 35 yaşım var, Qarabağın azadlığını ömür boyu gözləyəsi deyiləm ki? Ona görə gəlmişəm orduya yazılmağa, hər an döyüşməyə hazıram" demək nəyə lazım idi? Niyə döyüşmədin? Məqsədin nə idi? Varlı balalarının dil pəhləvanlıqlarından daha bir ssenari yazmaq, yoxsa iqtisadi resrusları tamamən təhlükə altında olan atanın siyasi mövqeyinin möhkəmlənməsinə azacıq da olsa, bu şəkildə "siyasi vətənpərvərlik" rəngi qatmaq? "YAZILDIQ" yazdın, getmədin, yalançı çıxdın!".
Jurnalist daha sonra qeyd edib ki, Yusif də İngiltərədə ali təhsil alıb, dünyada gəzib görmədiyi yer yoxdur. Amma cəbhəyə gedib: "Bax, bu baş verənlər K.Heydərovla F.Əliyevin daha bir fərqini də ortaya çıxarmış oldu. Ola bilər ki, K.Heydərov daha "istedadlı" monopolist olsun, ancaq belə ağır günlərdə kimin öz Xalqına, Dövlətinə, Prezidentinə sadiq olduğunu, hətta canından belə keçməyə hazır olduğunu hər kəs gördü. Sabah başqa bir təhlükə olsa, necə olacaq? Quyruqları başqa ölkələrin qaranlıq kabinetlərində görünənlər hara, biz hara!?".
Mia.az
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb