"Biz Türkiyə, Rusiya və Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxacağını görəcəyik" - Qüdrət Həsənquliyevdən maraqlı açıqlamalar
15-11-2020 [13:23]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, Qərb ölkələrində məskunlaşmış, iqtidara qarşı radikal mövqeyi ilə fərqlənən bir qrup soydaşımız hakimiyyəti Rusiya sülhməramlılarını Azərbaycana buraxmağa görə sərt tənqid edir, Rusiyanı Azərbaycana düşmən dövlət kimi təqdim edib onu birgə Bəyənatda nəzərdə tutulmuş səlahiyətlərindən kənara çıxmaqda ittiham edirlər. Rusiyanı Azərbaycanın ərazi bütövlüyü üçün təhdid sayırsınızmı?
- Biz bilirik ki, Azərbaycanın torpaqlarının 30 il işğal altında qalmasının əsas səbəbkərları həm də Qarabağ münaqişəsinin həllinə kömək etməli olan Minsk qrupunun həmsədrləri ABŞ və Fransadır. Çünki onlar işğalçıya heç bir təzyiq göstərməyib bizə sanksiya tətbiq etməklə bir milyon vətəndaşımızın 30 il ağır və əzablı qaçqın həyatı yaşamasına, torpaqlarımızın məskunlaşdırılmasına şərait yaratdılar. Hazırda bu ölkələrdə məskunlaşmış, həmin ölkələrin hökumətlərindən pul alan insanların Rusiyaya münasibətdə tutduğu mövqe başa düşüləndir. Ona görə ki, həmin ölkələrin Rusiya ilə münasibətləri gərgindir və Rusiyaya sanksiya tətbiq etmişlər. 27 sentyabrda biz öz torpaqlarımızı işğaldan azad etməyə başlayanda Rusiya prezidenti neytral və ədalətli mövqe sərgilədi və bəyan etdi ki, döyüşlər Azərbaycanın ərazisində getdiyi üçün bizim Ermənistanla qarşılıqlı hərbi yardım haqqında müqaviləmiz olsa da, münaqişəyə müdaxilə edə bilmərik. O, sözünə hörmət etməyi bacaran dövlət adamıdır. Bu mövqe digər həmsədrləri daha da qəzəbləndirdi. Onlar çox istəyirdilər ki, Azərbaycanı Rusiya dayandırsın. İndi də himayə edib, sığınacaq verdiklərinə tapşırıblar ki, Paşinyan kimi çalışsınlar ki, Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərini pozsunlar. Amma unudurlar ki, Rusiya ilə Azərbaycan arasında etimadlı və qarşılıqlı maraqlara söykənən münasibətlər qurulub. Artıq keçən əsrin 90-cı illəri deyil, çox şey dəyişib. Vaxtilə Qərbin müxtəlif dairələrinin tapşırığı ilə etnik seperatizmi qızışdırıb SSRİ-ni dağıdan Ermənistan bu dəfə Rusiyanı münaqişəyə cəlb edib Rusiya Federasiyanı dağıda bilməz.
Biz həmin dairələrin iddia etdiyi kimi Rusiyanın təhdidi ilə onun sülhməramlı qüvvələrini Azərbaycana buraxmamışıq. Biz istəmirdik ki, beynəlxalq birlik haqlı olduğumuz halda bizi etnik təmizləmə siyasətində ittiham etsin. Ermənistan məğlub olduğunu etiraf edib bizim tələbləri yerinə yetirməyə hazır olduğunu Rusiyaya bildirmişdi və bizə Ermənistanla barış üçün vasitəçi lazım idi. Sözsüz ki, bu zaman Rusiyanın bölgədəki marağını və beynəlxalq nüfuzunu da nəzərə almışıq. Ermənistan Türkiyəni bizim yaxın müttəfiqimiz kimi yaxına buraxmırdı. Putin isə ona olan daxili və xarici təzyiqlərə baxmayaraq hər zaman bəyan edirdi ki, Azərbaycan da onlara yaxın olan dövətdir və Rusiyanın strateji tərəfdaşıdır. İlham Əliyev də eyni mövqeni sərgiləməklə yanaşı həm də zamanında bəyan etmişdi ki, o Putinə inanır. Ona görə də İlham Əliyev Rusiyanın vasitəçiliyi ilə atəşin dayandırılmasına və bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair birgə Bəyanatı imzaladı. Dağlıq Qarabağı tərk etmiş dinc erməni sakinlər yalnız Rusiya təhlükəsizlik təminatı verəcəyi halda geri dönə bilərdi. Hazırda bizə səlahiyyət hədlərini aşma kimi görünən Rusiya sülhməramlıları tərəfindən atılan bəzi addımlar ona hesablanıb ki, ermənilərin etmadını qazansınlar və onları geri qayıtmağa inandırsınlar. Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk edəndən və erməni sakinlər geri dönəndən sonra onların Azərbaycanın yurisdiksiyasına qaytarılması prosesi başlayacaq. Əvvəllər də söyləmişdim ki, Rusiya Ermənistanı müdafiə etmək istəsəydi ilk gündən münaqişəyə qatılmaq üçün bəhanə tapardı, yaxud yaradardı. Dağlıq Qarabağın ərazisinin yarısı bu gün Ordumuzun nəzarəti altındadır. Qərblə ciddi problemləri olan Rusiya satqın ermənilərə, yaxud 2 min kv.kilometr əraziyə görə Türkiyə və Azərbaycanla münasibətlərə son qoyub bizlərlə böyük müharibəyə girməz. Çünki bilirlər ki, bir qarış torpağımıza görə belə vuruşacağıq. Həm də razılaşmaya görə biz istəməsək Rusiya 5 ildən sonra Qarabağı tərk etməlidir. Bunun təminatı həm Rusiyanın nüfuzu, həm də qardaş Türkiyədir. Bu gün Türkiyə Milli Müdafiə Nazirliyi növbəti dəfə bəyan etdi ki, işğal altındakı bütün torpaqlar Azərbaycana qaytarılmalıdır və bu məsələdə hər hansı güzəşt ola bilməz. Qardaş Türkiyə həmişə yanımızda olacaqdır. Putin isə bəyan etdi ki, daha Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməyin, çünki münaqişə bitib. İnşallah yaxın gələcəkdə biz Türkiyə, Rusiya və Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxacağını görəcəyik. Çünki hər üç dövlətin marağı və təhlükəsizliyi bunu tələb edir. Bu gün Rusiyada 33 milyon müsəlman, 16 milyon türk yaşayır. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə əsas müttəfiqləri də türk dövlətləridir.
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb