XİN-dən açıqlama: "Polad Bülbüloğlu geri çağırılmayıb"

img

15-11-2020 [09:49]


Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Mia.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

"Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA