KƏLBƏCƏR AZAD OLUNDU - AZƏRBAYCAN ORDUSU RAYONA BELƏ DAXİL OLDU + Videolar

img

25-11-2020 [09:53]


Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni görüntülərini yayıb.

MIa.az həmin görüntüləri təqdim edir:

***

Kəlbəcər rayonu işğaldan azad olub.

Bu gün səhər saatlarından Azərbaycan Ordusunun texnikaları Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcər rayonuna hərəkət edəcək.

Bu barədə məlumatı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir: “Bilirsiniz ki, Kəlbəcərin ərazisi dağlıq ərazidir, hündür ərazidir və hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan Ordusu daxil olaraq Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da sonradan məlumat veriləcək”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

Mia.az xəbər verir ki, əslində, Kəlbəcər noyabrın 15-də boşaldılmalı idi. Lakin  qarşı tərəf əlavə 10 gün avxt istəyib. Rəsmi Bakı da buna razılıq verib. Həmin müddət isə bu gün bitir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Ancaq sənəddən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Əksinə, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR