"Moskva mühasirəyə düşən erməni qüvvələrini xilas edib" - "Türkiyə əsgəri mütləq Qarabağda olmalıdır”
14-11-2020 [12:59]
“Rusiya Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən onun mövqelərini zəiflətməyə çalışırdı. Ermənistanda, hətta Rusiyanın bəzi dairələrində hesab edirlər ki, Moskva Azərbaycana müharibəni davam etdirməyə mane olmamaqla Paşinyanın dərsini vermək istəyib. Ancaq Şuşanın azad olunmasından sonra Moskva iç üzünü göstərdi və mühasirəyə düşən erməni qüvvələrini xilas etməyə qərar verdi və buna nail oldu”.
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Qarabağ ətrafında davam edən prosesləri şərh edərkən bildirib.
Ekspert qeyd edir ki, hazırda Rusiyada əhval-ruhiyyə nisbətən dəyişib: “Müşahidələrimə görə, Moskva Paşinyanı devirməyə çalışan radikal qüvvələrə də şübhəylə yanaşır. Çünki, həmin qüvvələr məlum bəyanatı tanımadıqlarını bildirirlər. Bu o deməkdirmi ki, onlar hakimiyyətə gəlsələr bəyanatı ləğv edərək yenidən bölgədə gərginlik yaradacaqlar?
Moskva növbəti gərginlik və sülhməramlılarının təhlükə altında olmasını istəmir. Ona görə də Moskva Ermənistanda siyasi vəziyyətin sabitləşməsində maraqlıdır. Kreml Paşinyanın işinə sonra baxacaq. Digər tərəfdən İrəvanda meydana çıxanların sayı get-gedə azalır. Paşinyanın reytinqi azalsa da, çoxluq hələ də onun əleyhinə çıxmır. Paşinyanın bir müddət hakimiyyətdə qalması bizim də xeyrimizədir, imzaladığı sənədi sona qədər yerinə yetirməlidir”.

E. Şahinoğlu qeyd edir ki, Rusiya sülhməramlılarının fəaliyyəti artıq suallar yaratmağa başlayıb.
Politoloq sülhməramlıların komandanı Muradovun Xankəndidə erməni separatçılarının lideri ilə görüşüdüyün xatırladır: “Ancaq orası da var ki, bəyanatın yerinə yetirilməsi üçün separatçıların lideri silahlı qüvvələrinin nəzərdə tutulan yerlərdən geri çəkilməsini təmin etməlidir. Bütün hallarda sülhməramlıların komandanının separatçıların lideri ilə görüşməsi adiləşə bilər və sonda Araik Arutunyanın Rusiya tərəfdən tanınması prosesi sürətlənə bilər. Bu baxımdan ermənipərəst jurnalist Solovyovun “Dağlıq Qarabağdakı ermənilərə Rusiya pasportu verilməlidir” açıqlamasını nəbz yoxlaması kimi qiymətləndirirəm. Rusiya eyni çalışmanı digər separatçı bölgələrdə - Abxaziyada, Cənubi Osetiyada, Dnestr bölgəsində və Donbasda həyata keçirib. Zəmanətimiz varmı ki, Moskva eyni işi sülhməramlıların əli ilə Dağlıq Qarabağda həyata keçirməyəcək?”
Elxan Şahinoğlu deyir ki, müharibədə qələbə çaldıq, ermənilər məğlub oldu, ancaq sualların sayı azalmayıb.
“Masada və beyin oyununda da güclü olmalıyıq. Ermənilər bizə 1905, 1920 və 1987-ci ildə problemlər yaşatdılar, bu bizə dərs olmalıdır, 4-cü təxribata imkan verməməliyik. Türkiyə əsgəri azərbaycanlı əsgərlə birlikdə mütləq Dağlıq Qarabağda – Şuşada, Laçında və Kəlbəcərdə olmalıdır”-deyə politoloq vurğulayıb.
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb