Qarabağda Azərbaycana qarşı döyüşən Abxaziya sakinlərinə qarşı cinayət işi açılıb
12-11-2020 [16:54]
Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Gürcüstanın Abxaziya ərazisində yaşayan bir qrup şəxsin Azərbaycan Respublikasına qarşı törətdikləri cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb:
"Araşdırmalarla Gürcüstanın Abxaziya ərazisində yaşayan Seyran Kocamanyan, Qalust Trapizonyan və qeyrilərinin çağırışı və rəhbərliyi altında 20-dən çox şəxsin 2020-ci ilin oktyabr ayında qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olmuş digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilmişdir..
Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilmişdir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmişdir.
Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət edilməsi təmin ediləcəkdir".
Çində daha bir virus yayılıb - 10 minə yaxın yoluxma var
Çempionlar Liqası: "Qarabağ" səfərdə qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DİN və FHN əhaliyə birgə çağırış edib - VİDEO
Zakir Həsənovun müşavirinə general rütbəsi verilib
Tacikistan vətəndaşı Azərbaycanda saxlanılıb
Sumqayıtda itkin düşən yeniyetmə qız tapılıb
Qəzzada daha 8 fələstinli acından ölüb
İranın 20 vilayətində iş dayandırılıb
Tələbə köçürülməsi barədə açıqlama - Bildiriş göndərilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ruben Vardanyanın cinayət işi - Məhkəmə iclası
Hindistanda torpaq sürüşməsi: 50-dən çox insan yoxa çıxıb
Prezident "Azərişıq" ASC-yə tapşırıq verdi - Sərəncam
BU QHT-LƏR CƏRİMƏLƏNƏCƏK - Məbləğlər
Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqlədi - Nələr olacaq?
Yazıçı Anar: "Günahım yoxdur. ona görə də əl uzatmıram”
Mətbuat katibi vəzifədən azad olunub
Rusiyanın neft və təbii qaz gəlirləri azaldı - 9.8 milyard dollar
Müdafiə naziri mətbuat katibini təltif edib - FOTO
İranlı hücumçu "Beşiktaş"a transfer ola bilər
Sabahın hava proqnozu açıqlandı
Hasan Can Kaya bu telekanaldan getdi: "Xəbər doğrudur"
Konqresmen: "Tezliklə Azərbaycan və Ermənistan..." - FOTO
BAKIDA HAVADAN BƏZƏN NİYƏ PİS İY GƏLİR? - Araşdırma + VİDEO
Patrik Şik "Bayer Leverkuzen"lə müqaviləsini uzadıb
"Trabzonspor" Andre Almeyda ilə maraqlanır
Ağcabədidə 3 nəfər tutulub
Xocalıda yanğın törədən şəxs saxlanılıb
Los-Ancelesdə şənliyə hücum olub - 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Əli Əsədov məşvərət görüşünə hazırlıq iclasında iştirak edib - FOTO
Joao Palhinya "Tottenhem"ə keçdi
39 yaşlı qadın ərini öldürdü - Bakıda
Türkiyədə işiləri daşıyan mikroavtobus uçruma yuvarlanıb - Ölən və yaralananlar var
Meksikada 32 nəfərin doğranmış cəsədi tapılıb
"Sivasspor" 26 yaşındaki müdafiəçini heyətinə qatdı
Ədəbi taleyimizin əbədiyaşar siması – ELÇİN
Kamran Nəbizadə vəzifəyə təyin edilib
Türkiyədə aşan yük maşınında sürücü diri-diri yanıb - FOTO
Azərbaycan nefti ucuzlaşıb
İranda zəlzələ baş verib - 5,4 bal gücündə