Paşinyanın iqamətgahını qarət edən 3 nəfər saxlanılıb

img

12-11-2020 [16:47]


Ermənistan Milli Təhlükəsizlik Xidməti noyabrın 10-da gecə baş nazir Nikol Paşinyanın hökumət iqamətgahına daxil olaraq soyğunçuluq edən 3 nəfəri saxlayıb.

“Armeniasputnik.am”un verdiyi məlumata görə, şübhəlilər noyabrın 11-də saxlanılıb.

Saxlanılanlardan ikisinin üzərində oğurlanan əşyalar aşkarlanıb. Üçüncü şəxslə bağlı araşdırmaların gedişində də oğurlanmış əşyaların digər qismi tapılıb. Baş nazirin oğurlanmış kompüteri, saatı, ətiri, sürücülük vəsiqəsi, hərbi bileti və digər əşyalar tapılıb.

Saxlanılan şəxslər zorakılıqla müşahidə olunan kütləvi iğtişaşların təşkili, soyğunçuluq, mülkiyyəti məhv etmək, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaq, ölkənin Konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırış, Prezident, Milli Məclis, hökumət və Konstitusiya Məhkəməsinə zor tətbiqi ilə hədələmə, soyğunçuluq, pasport və digər vətəndaş sənədlərini oğurlamaqda ittiham olunurlar/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA