Gürcüstanın XİN başçısı: “Azərbaycanla sülh prosesində əməkdaşlığa hazırıq”

img

12-11-2020 [11:21]


Gürcüstan bölgədə baş verən prosesləri çox diqqətlə izləyir.

Bunu ölkənin xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Rusiya və Türkiyənin iştirakı ilə razılığın əldə edilməsi Azərbaycan və Ermənistanın seçimi olub: “Tərəflərə hərbi əməliyyatlara qısa müddətdə son qoymaq vacib idi. Bununla bağlı Gürcüstan mövqeyini çox açıq şəkildə ifadə edib. Ümid edirəm ki, bu sülh sazişi tərəflərə bölgədə davamlı sülh yaratmaq imkanı verəcək”.

D.Zalkaliani Gürcüstanın sülh prosesindəki rolu ilə bağlı təklifinin qüvvədə qaldığını qeyd edib: “Bu istiqamətdə həm strateji tərəfdaşımız olan Azərbaycan, həm də ən yaxın dostumuz və qonşumuz olan Ermənistanla əməkdaşlığı davam etdirməyə hazırıq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq