Hulusi Akar: “Azərbaycanlı qardaşlarımız bu mübarizədən üzüağ, alnıaçıq çıxdılar”

img

10-11-2020 [14:03]


“Təxminən 30 ildir işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni üzüağ, alnıaçıq şəkildə başa çatdıran Azərbaycan Türkü qardaşlarımızın zəfərini təbrik edirik”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“İmzalanan atəşkəs razılaşmasındakı şərtlərin yetirilməsi, işğal altındakı bütün torpaqlarının Azərbaycana qaytarılması, bölgədə sülh və sabitlik mühitinin yenidən təmin olunması müddətində də can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”, - deyə nazir vurğulayıb/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA