Çavuşoğlu: "Atəşkəsə necə nəzarət olunacağı istiqamətində müzakirələr davam edir"

img

10-11-2020 [13:20]


“Hər dəfə atəşkəsi pozan Ermənistan oldu. Bunun da hesabını ağır ödədi. Güclü Azərbaycan Ordusu uğurlu oldu, Paşinyan təslim olmaq vəziyyətinə düşdü. Dünən gecə üç ölkə arasında atəşkəs imzalanıb. Buna necə nəzarət olunacağı istiqamətində müzakirələr davam edir".

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Meydan və masada həmişə Azərbaycanın yanında olduq. Bundan sonra da qardaş Azərbaycanın yanında olacağıq. Bu, Azərbaycan üçün böyük zəfərdir. 7 rayon işğal altında idi. Daha öncə fərqli formullar mövcud idi. İndi meydandakı nailiyyətlərin faydaları ilə qısa müddətdə 7 rayonun qardaş Azərbaycana təhvil verilməsinə qərar verilib”, - o nazir qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA