Ceyhun Bayramovla Çavuşoğlu telefonla danışdı: nələr müzakirə olunub?

img

10-11-2020 [11:13]


Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Bu barədə XİN-dən Mia.az-a verilən məlumata görə, Türkiyə Xarici İşlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib. Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.

Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə münasibətdə qəti dəstəyini heç bir zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyəli həmkarına və bütün Türkiyə xalqına təşəkkürünü bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA