Əli Kərimli: "Ali Baş Komandan İlham Əliyevi və əsgərlərimizi təbrik edirəm"

img

09-11-2020 [10:25]


AXCP sədri Əli Kərimli Şuşanın erməni işğalından azad edilməsini böyük qələbə kimi qiymətləndirib.

Mia.az xəbər verir ki, o, bu münasibətlə Azərbaycan xalqını və Prezident İlham Əliyevi və əsgərlərimizi təbrik edib.

O, Şuşanın işğaldan azad olunması barədə belə mesaj paylaşıb: "İlham Əliyev xalqımıza güvənərək sona qədər getdi və Azərbaycan Ordusu şanlı bayrağımızı Şuşadan asdı. Bu böyük bir qələbədir. Bu böyük qələbə münasibəti ilə mən Ali Baş Komandan olan İlham Əliyevi də təbrik edirəm. Heç şübhəsiz ki, bu qələbənin sahibləri, bu qələbəni bizə bəxş edən canını, qanını, gözünü qırpmadan bu millətə qurban verən qəhrəman əsgər və zabitlərimizdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq