Rəsmi Ankaradan daha bir bəyanat: "Bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik” 

img

07-11-2020 [08:15]


“Öz müdafiə ehtiyaclarımızı milli imkanlarımızla qarşılamaqla bərabər, dost və müttəfiq ölkələrin də ehtiyacını ödəyirik. Bunun ən bariz nümunəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqları uğrunda apardığı haqlı mübarizə üçün istifadə etdiyi İHA və SİHA-larımızıdır”.

Mia.az APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Türkiyə Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdəki çıxışı zamanı deyib.

F.Oktay bildirib ki, Türkiyə bütün müdafiə imkanları ilə Azərbaycanın mübarizəsinə dəstək verməyə hazırdır: “Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın topraqlarını işgalçı Ermənistandan geri almaq üçün apardığı mübarizəsini dəstəkləyirik. Ehtiyac olduğu halda, bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA