Türkiyə XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz dəstəklənməlidir”

img

04-11-2020 [14:04]


“Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıq". 

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz.

“Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA