XİN rəsmisi Ermənistan prezidentinə cavab verdi: "Fakt ondan ibarətdir ki..."

img

04-11-2020 [12:00]


Ermənistan prezidenti Rusiyanın RBK televiziya kanalına müsahibəsində həqiqətləri təhrif edib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də yazıb.

XİN rəsmisi bildirib: “O, Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb. Ermənistan prezidenti 1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini söyləyib. Fakt ondan ibarətdir ki, 1989-cu il siyahıyaalmasına görə 390 505 erməni yaşayıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq