Zaur Səlimov silah və narkotiklə tutuldu

img

04-11-2020 [11:27]


Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Zaur Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə birgə saxlanılıb. Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən “Makarov” markalı tapança və 3 ədəd patron, həmçinin bükümlərdə narkotik vasitə olan heroin, metamfetamin aşkar edilərək götürülüb. Z.Səlimov şübhəli şəxs qismində tutulub.  

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA