Şahin Mustafayev Əfqanıstan səfirliyinə gedib

img

03-11-2020 [21:07]


Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.

Baş Nazirin müavini Kabil şəhərindəki təhsil mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Respublikası hökuməti adından həlak olanların ailələrinə, Əfqanıstan hökumətinə və qardaş Əfqanıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Baş Nazirin müavini səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA