Repressiya ilində doğulan və 500-dən artıq mahnının müəllifi Emin Sabitoğlunun həyatı... - FOTOLAR
02-11-2020 [19:23]
Nəğmələrində “Bəzən bir ümid, bəzən göz yaşı gətirən bir çox məşhur nəğmələrin müəllifi, Azərbaycan Respublikasının xalq artisti, çoxsaylı Azərbaycan filmlərinin musiqilərinin bəstəkarı EMİN SABİTOĞLUNUN xatirə günüdür.
Gözəl mahnılar müəllifi, təkrarolunmaz melodiyalar ustası, Azərbaycan filmlərinin əsrarəngiz fon musiqilərinin mahir yaradıcısı bəstəkar Emin Sabitoğlu artıq 20 ildir ki, aramızda yoxdur. Onun hər bir mahnısı, hətta ən kiçik melodiyası belə parlaq bir lövhə, bitkin bir tablo idi. Təəssüf ki, parlaq melodiyalardan əsrarəngiz təsvirlər yaradan bu bəstəkar palitrasındakı rənglər tükənməmiş bu dünyadan köç etdi. Amma hər halda biz xoşbəxt insanlarıq ki, onun müasirləri olmuşuq, yaratdığı hər musiqi şedevrinin sevincini yarandığı zamanın içində yaşamışıq.

Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı-dramaturq SABİT RƏHMANIN ailəsində anadan olmuşdur.
Sabit Rəhman kimi tanınmış ədəbiyyat xadiminin ailəsində böyümək, evlərində daim məşhur şair və yazıçıları görmək, dinləmək sözsüz ki, Emin Sabitoğlunun insan və sənətkar kimi formalaşmasına böyük təsir göstərib.
İlk musiqi təhsilini onillik orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alan Emin Sabitoğlu daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olub.
İlk bəstələri 7-ci sinifdə – Midhət Əhmədovun uşaq yaradıcılığı sinfində oxuyarkən yaranıb. Sonra o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə – dahi bəstəkar Qara Qarayevin sinfinə daxil olub, iki ildən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini “əla” qiymətlərlə bitirir.
Həmin dövrün başqa bir yaradıcılıq məhsulu skripka və fortepiano üçün poemadır. Sonrakı illərdə Emin Sabitoğlu uvertüra , kantata, romanslar silsiləsi də bəstələyir. Lakin tədricən onun yaradıcılığının başlıca hədəfi müəyyənləşir. O, əsas diqqətini mahnıya yönəldir.
Emin Sabitoğlu öz ilk nəğmələrini yazarkən artıq professional idi. O, 500-dən artıq mahnının müəllifidir.
Emin Sabitoğlu musiqisinə iki əsas cəhət xasdır. Birincisi, bəstəkar mahnılarının kədəridir. Lakin bu kədərdə bədbinlik yoxdur. İkincisi, bəstəkar musiqisinin sevincidir. Həm də burada sevincin müxtəlif çalarları – şuxluq, şıltaqlıq, xüsusi təravət nəzərə çarpır. Emin Sabitoğlu mahnılarının gücü onun qeyri-adi gözəlliyi ilə seçilən melodiyalarındadır. Özü də bu melodiyalar nə qədər sadə, nə qədər yığcamdırsa, bir o qədər təsirli və cazibədardır. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Alagözlüm”, “Çiçək yağışı”, “Şükriyyə”, “Payız gəldi”, “Ağ çiçək”, “Sıravi Əhməd”, “Mən sizə gələcəm” və dillər əzbəri olan neçə-neçə mahıları həyatda olmasa da, onun yaradıcılığını əbədiyaşar edir.
Onun milli kinomuzun inkişafında da böyük zəhməti olmuşdur. Milli kinomuzda Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, T.Quliyev kimi nəhəng sənətkarlarla əsası qoyulan musiqi estetikası daha sonralar P.Bülbüloğlu, E.Sabitoğlu və digər bəstəkarların bacarığı sayəsində daha da inkişaf etmiş, filmlərin emosional dilini zənginləşdirmiş, bu filmlərin geniş tamaşaçı auditoriyası tərəfindən daha asan qavranılmasına şərait yaratmışdır.
İlk dəfə 1970-ci ildə “Bizim Cəbiş müəllim” bədii filminə musiqi bəstələyən E.Sabitoğlu sonralar 40-dan artıq kinoya musiqi tərtibatını vermişdir.
"Dədə Qorqud” filmində ulu babalarımız olan oğuz-türk tayfalarının qəhrəmanlıq ruhu, “Bizim Cəbiş müəllim” filmində İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki insanların psixoloji sarsıntıları, “Gün keçdi”, “Park”, “İstintaq”, “Təhminə”, “Ölsəm, bağışla... filmlərində qəhrəmanların mənəvi ehtiyacları, daxili hiss və həyəcanları, məhv olmuş arzuları kadrlardakı lirik melodiyalarda, ümumilikdə, filmin bədii təsir qüvvəsini möhkəmləndirir...
Sabit Rəhman kimi tanınmış ədəbiyyat xadiminin ailəsində böyümək, evlərində daim məşhur şair və yazıçıları görmək, dinləmək sözsüz ki, Emin Sabitoğlunun insan və sənətkar kimi formalaşmasına da böyük təsir göstərib.
Onun yaradıcılığı milli musiqi mədəniyyəti salnaməmizin dəyərli səhifələrini təşkil edir
E.Sabitoğlu 40 ildən artıq davam etmiş yaradıcılıq dövründə musiqinin müxtəlif janrlarında çalışıb. Lakin bəstəkar mahnı, musiqili komediya, kino və teatr musiqisi sahələrində xüsusilə məhsuldar işləyib.
Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Mirzə Babayev, Zeynəb Xanlarova, Akif İslamzadə, Xədicə Abbasova, Azər Zeynaov, Anatollu Qəniyev kimi dəyərli sənətkarların repertuarında aparıcı yer tutub.

Bəstəkarın musiqi yaradıcılığı ilə yanaşı, respublikamızda musiqiçi kadrların yetişdirilməsi sahəsindəki pedaqoji fəaliyyəti də səmərəli və təqdirəlayiq olub. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında çalışaraq, müəllimlikdən Konservatoriyanın professorluğuna qədər yüksəlib.
Emin Sabitoğlu 1994-cü ildən ömrünün sonunadək Türkiyə Respublikasında öz pedaqoji fəaliyyətini davam etdirərək İstanbul Texniki Universitetinin «Türk xalq musiqisi» şöbəsində çalışıb.
Ömrünün son altı ilini Türkiyədə keçirən Emin Sabitoğlu 18 noyabr 2000-ci il tarixində Bakıda vəfat edib.
Emin Sabitoğlunun ilk həyat yoldaşı Cəmilə xanım olub. Onlar hələ kiçik yaşlarından tanış idilər, Bülbül adına məktəbdə bir sinifdə oxuyublar. Aralarındakı dostluq, sevgi münasibətləri də elə məktəb illərindən yaranmışdı.
Bülbül adına musiqi məktəbi qurtarandan sonra Emin və Cəmilə cütlüyü Konservatoriyaya daxil olur. 1962-ci ildə isə uzun müddət bir-birilərini sevən cütlük evlənirlər.
1964-cü ildə bu evlilikdən onların bir qız övladı dünyaya gəlib. Emin Sabitoğlu qızı Ceyranı öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti, davranışı və həyata baxışı ilə tərbiyə edib.
Görkəmli bəstəkarla bağlı bölüşülən xatirələrdə onun sakit və qapalı, eyni zamanda qayğıkeş, yorulmadan çalışqan insan olduğu bildirilir.
Musiqiçi Ceyran Mahmudova Emin Sabitoğlunun övladıdır.
Ceyran Mahmudovanın xatirələrindən: "Mən tək övlad olmuşam. Mənim tərbiyəmlə, təhsilimlə daha çox anam Cəmilə xanım məşğul olub. Atam gur yaradıcılıq həyatı yaşadığı üçün bu işə bilavasitə vaxt ayıra bilmirdi
...Atam çox istedadlı insan idi. Moskva Konservatoriyasına imtahan verərkən onun simfoniyası “əla” qiymətləndirilmişdi. Ötən əsrin altmışıncı illərində isə Moskvada “əla” qiymət almaq hər adamın işi deyildi...
Atamın sayəsində mən lap kiçik yaşlarımdan ən gözəl musiqi sədalarını dinləmişəm. Xüsusən, Üzeyir bəyin musiqisi evimizdən əskik olmurdu. Onun çevrəsi də çox maraqlı insanlardan ibarət idi. Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə... Ataların dostluğu övladlarına keçmişdi. Özü də onlar ədəbiyyat adamı, atam isə musiqiçi olduğu üçün söhbətləri lap yaxşı tuturdu. Evimizdə daim yeni bədii əsərin müzakirəsi olurdu....

... Emin Sabitoğlu nadir bəstəkarlardandı ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi. Vəzifəpərəst, intriqalara meylli insan olmadığı üçün fikri yalnız musiqi ilə məşğul idi. Əlinin altında nə olsaydı, notları onun üstünə qeyd edirdi. Hər dəfə də mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın görün, hansısa başqa mahnıya oxşamır ki? Bu, onun üçün prinsipial məsələ idi – Heç kimə bənzəməmək...”.
Qeyd edək ki, mərhum bəstəkarın qızı Ceyran Mahmudova hazırda xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professorudur. Musiqişünas, eyni zamanda “Mədəniyyət kanalı”ndakı "Musiqi Xəzinəsi" verilişinin aparıcısıdır.
Həyatının sonrakı dönəmlərində Emin Sabitoğlu o vaxtların tanınmış müğənnisi Xədicə Abbasova ilə evlənsə də, heç vaxt ailəsini unutmadı
Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da, onunla, çox istədiyi yeganə övladı Ceyran Mahmudova ilə əlaqəni heç vaxt kəsmədi...
Qızı Ceyran xanımın sözlərinə görə, ömrünün son altı ilini Türkiyədə yaşayan Emin Sabitoğlu o illərdə hər bazar günü Bakıya zəng edib onların dolanışığı, səhhəti ilə maraqlanırmış.
Son söz yerinə:
Hərə Tanrının bəxş etdiyi bir ömür yaşayır. Vacib olanı bu ömür payında onun insanlara verdiyi dəyər və geridə qalanlardır.
Emin Sabitoğlu da özünün həqiqət, doğru bildiyi bir yolla getdi, bir ömür yaşadı. Yaşadı və bizlərə, gələcək nəsillərə müəllifi olduğu təkrarsız musiqi və gözəl nəğmələri qoyub getdi və bu nəğmələrlə də yaddaşlarda qaldı, ürəklərdə, könüllərdə işıqlı, zərif hisslər bəxş etdi...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verildi
Siyasi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim edir
Rövnəq Abdullayevin kürəkəninin bankı iclas çağırdı - Banka yeni vəsait cəlb edilib
Nazir İH sədrinə daha bir müavin təyin etdi - Eşqin Bayramov kimdir?
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
"Əgər Qrenlandiyanı biz almasaq, Rusiya və ya Çin alacaq" - Tramp iddiasını yenilədi, NATO-nu aşağıladı
Bakıda 66 yaşlı kişi dəm qazından ölüb
Baş məşqçi: "Bu komandanı Super Liqaya çıxarmaq üçün çalışacağıq"
Şamaxı rayonunda zəlzələ olub
Nadir şahdan bu günə: İran – Türkiyə – Səudiyyə Ərəbistanı üçbucağı
"İnter" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?