Keçmiş məhkum bazarda adam döydü...

img

02-11-2020 [16:36]


Astara rayonunun Maşxan kənd sakini E.Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov tərəfindən döyüldüyünü bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Elvin Hüseynov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı və lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb

Faktla əlaqədar Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA