Sabirabad sakinindən 7 kiloqram qurudulmuş marixuana götürülüb

img

02-11-2020 [13:04]


Sabirabad sakinindən 7 kiloqram qurudulmuş marixuana götürülüb.  

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda keçirilən əməliyyat zamanı Sabirabad rayonu Cəngan kənd sakini, 1981-ci il təvəllüdlü Elman Xanbala oğlu Muradov saxlanılıb. Onun üzərinə baxış zamanı 30 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyatın davamı olaraq  E.Muradovun yaşadığı Cəngan kəndindəki evindən isə 7,245 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

E.Muradov ifadəsində yaşadığı evin həyətində sonradan qurudub satmaq məqsədi ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA