Oxu tar, oxu tar! - Qarabağın məşhur aşığı Aşıq Valehin nəticəsi Qurban Pirimovun həyatı...
31-10-2020 [21:23]
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
***
Əfsanəvi tarzən, respublikamızın ilk Xalq artisti Qurban Pirimovun doğum günüdür.
Ruhu şad olsun!
Oxu, tar, oxu, tar!…
Səsindən ən lətif şe’rlər dinləyim.
Oxu, tar, bir qadar!…
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütləmin şirini, şərbəti,
Alovlu sənəti!..
Hər dəfə görkəmli tarzən, muğamlarımızın mahir ifaçısı QURBAN PİRİMOVa qulaq asanda, yadıma nakam şairimiz Müşfiqin bu misraları düşür: “Oxu tar, səni kim unudar?".
Tar sənətimiz, muğamlarımız yaşadıqca ölməz sənətkarımız Qurban Pirimov da bu sirli, sehrli alət kimi həmişə seviləcək, xatırlanacaq, ürəklərdə yaşayacaqdır!..
Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.
Qurban Baxşəli oğlu Pirimov XVIII yüzildə Qarabağda məşhur olmuş Aşıq Valehin nəticəsidir.
O, XIX yüzilin sonlarında ifaçılıq etməyə başlayıb, həm solo, həm trio, həm də orkestrin tərkibində mahir ifalar nümayiş etdirib. Hələ 15 yaşında olanda, müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Pirimov, Qarabağ el şənliklərində seçilən görkəmli xanəndələri müşaiyət edib; toyların birində xanəndə İslam Abdullayev onu bir yerdə işləməyi təklif edib. 1905-ci ildə Qurban Pirimovun taleyində uğurlu dönəm olub; çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib.
Tarzən 1905-ci ildən, ustad müğənni Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradıb; həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirib.
Q.Pirimov həmin fəaliyyəti dövründə ün qazanıb, müxtəlif yerlərdə Qafqaz, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906-1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb.
Qurban Pirimov dramatik və musiqili səhnə əsərlərində tarda ifaları ilə şöhrətinə şöhrət qatıb. O, Üzeyir Bəy Hacıbəylinin 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestrin solisti olub, tarda ifa edib.
Qurban Pirimov 1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak edib. Eyni zamanda, 1934-cü ildə Tiflisdə keçirilən “Zaqafqaziya xalqlarının Olimpiadası”nda birinci yeri tutub; habelə 1939-cu ildə Moskvada keçirilmiş “Musiqiçilərin Ümumittifaq Baxışı”nın qalibi olub.
Ü.Hacıbəyli ilə, M.Maqomayevlə, Z.Hacıbəyovla yaxından dostluğu,həmçinin yaradıcılıq münasibətləri Q.Pirimovun Azərbaycan professional musiqisinin inkişafında da müstəsna rolundan xəbər verir. Niyazi, Q.Qarayev, T.Quliyev, F.Əmirov, S.İbrahimova kimi bəstəkarlar tarzən Pirimovun iştirakı ilə bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar.
Qurban Pirimov həmçinin pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1925-ci ildə Ü.Hacıbəylinin başçılığı ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak edib.
1929-cu ildə Azərbaycan SSR-nin Əməkdar Artisti, 1931-ci ildə isə respublikanın Xalq Artisti adına layiq görülüb.
Qurban Pirimov, eyni zamanda, musiqidən dərs deyib. Onun tələbələri arasında Azərbaycan SSR Xalq Artistləri Bəhram Mənsurov, Həbib Bayramov və Sərvər İbrahimov da olub.
Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və bu nikahdan Əsgər, Sara, Tamara və Ədilə adlı dörd övladı dünyaya gəlib.
1965-ci il avqustun 29-da Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov onun tələbələri olub.
Bu gün unudulmaz tarzən, Azərbaycanın Xalq artisti Qurban Pirimovun yolunu davam etdirənlərdən biri də onun nəticəsi Asim Pirimovdur.
Hər gün böyük şövqlə çalan və ulu babasının adını doğrultmağa çalışan Asim Pirimov bizim də sevimlimizdir. Hələlik musiqi məktəbində təhsil alan Asim Pirimov “Qarabağ şikəstəsi”, “Pıçıldaşan ləpələr”, “Ala gözlüm”... və digər mahnı, muğam və romansları özünəməxsus tərzdə ifa edir.
Əfsanəvi tarzən respublikamızın ilk Xalq artisti Qurban Pirimov-a Allahdan rəhmət diləyir, onun nəticəsi Asim Pirimova həyatının gələcək dönəmlərində böyük uğurlar, sevinclər arzulayırıq!
...Hər dəfə görkəmli tarzən, muğamlarımızln mahir ifaçısı Qurban Pirimova qulaq asanda, yadıma nakam şairimiz Müşfiqin bu misraları düşür: “Oxu tar, səni kim unudar?".
Tar sənətimiz, muğamlarımız yaşadıqca ölməz sənətkarımız Qurban Pirimov da bu sirli, sehrli alət kimi həmişə seviləcək, xatırlanacaq, ürəklərdə yaşayacaqdır!
Mia.az
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb