"Trabzonspor"un baş məşqçisi istefaya göndərildi

img

31-10-2020 [13:44]


Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Eddi Nyutonla yollarını ayırıb.

Məlumata görə, ingiltərəli mütəxəssislə müqaviləyə xitam verilib.

Komandanın 2020/2021 mövsümündə uğursuz çıxışı rəhbərliyi bu addımı atmağa vadar edib. Məsələ ilə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə Super Liqasının VII turunda evdə "Kasımpaşa"ya 3:4 hesabı ilə uduzan "Trabzonspor" 5 xalla 18-ci pillədə qərarlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR