"Bu, həmin şəxsin PKK üzvü ola biləcəyi ehtimalını deməyə əsas verir" - Hikmət Hacıyevdən düşmənin "Suriyalı döyüşçü" şousuna şərh
31-10-2020 [10:53]
"30 oktyabrda Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilmiş, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılmış suriyalı “döyüşçü”nün ifadə verməsinə dair videokadr yayılmışdır. Ermənistan tərəfi bir ay müddətində bu cür ucuz və qeyri-peşəkar formada hazırlanan səhnələşdirilmiş saxta videolar və məlumatlarla guya Azərbaycan tərəfdə muzdluların döyüşdüyünü isbat etməyə çalışır".
Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin müxtəlif xarici KİV-lərə açıqlamalarında dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin ərazilərini uzun illər ərzində işğalda saxlamağa çalışan Ermənistanın bu iddialarının məqsədi Azərbaycan Silahlı Qüvvələrinin vətən torpaqlarını azad etmək istiqamətində uğurlu hərbi əməliyyatlarına kölgə salmaq, beynəlxalq terrorçuluğa qarşı mübarizənin ön cəbhəsində duran ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa yönəlib:
"Təqdim olunan 1 dəqiqəlik videoda bir çox kadrlar dəfələrlə çəkilib, sonradan montaj edilib. Dindirilən şəxsin səsinin linqvistik ekspertizası nəticəsində müəyyən edilmişdir ki, o, Suriyada yaşayan kürdlərdəndir. Bu şəxs videonun 47-ci saniyəsində kürd dilində astaca söz deyir, sonra isə ərəb dilinə keçir. Bu fakt həmin şəxsin PKK üzvü ola biləcəyi ehtimalını deməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır. Bu şəxs əvvəlcədən əzbərlədiyi və ya suflyor vasitəsilə təqdim olunan mətni oxumaqda çətinlik çəkir.
Sorğuda iştirak edən və ərəbcə danışan ikinci şəxsin isə ərəb olmadığı, Suriya ermənisi olduğu güman edilir.
Bu şəxs AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdədir. Ermənistanın müdafiə naziri Tonoyanın bu günlərdə döyüş əməliyyatları zonasında erməni hərbi qulluqçularla çəkdirdiyi şəkildə içərisində AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdə olan iki nəfər diqqətdən qaçmamışdır. Sonradan Ermənistan Müdafiə Nazirliyi qeyd olunan fotonu silmişdir.
Azərbaycanın dövlət orqanlarında Ermənistan hərbi birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin və muzdluların, o cümlədən Suriyadan gətirilmiş terror təşkilatları fəallarının olması barədə təkzibedilməz sübutlar və əməliyyat məlumatları mövcuddur.
Ermənistanın Müdafiə nazirliyi və digər rəsmi orqanlarının bu kimi saxta səhnəciklər hazırlamaqla məşğul olmaqdansa məğlubiyyətləri barədə erməni ictimaiyyətinə dolğun məlumat vermələri daha faydalı olardı".
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO