Ermənistan tərəfindən döyüşən bu ölkələrin vətəndaşları axtarışa verilib - SİYAHI

img

30-10-2020 [14:47]


Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən döyüşə cəlb edilmiş xarici ölkələrdən gətirilən şəxslərin bir neçəsi barəsində cinayət işi başlanıb.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, onlar aşağıdakılardır: Gürcüstan Respublikasının vətəndaşı Vaaqn Çaxalyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2, 114.3, 279.3, 318.2 və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Gilbert Minassyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2,114.3, 279.3, 318.2 və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Hamlet Hovsepiyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 214-1 və digər maddələrlə təqsirləndirilən şəxs ismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. ABŞ vətəndaşı Aruşan Badasyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 279, 318 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, beynəlxalq axtarışa verilib. Belarus vətəndaşı Serov Sergey Valeryeviç - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 279, 318 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Artur Ohannisyan - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2, 114.3, 279.3, 318.2 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib: "Bundan başqa, Fransa Respublikasının vətəndaşı Sipan Koroğluyan, Sipan Muradyan, Yunanıstan vətəndaşı Aren Osipov, İspaniya Krallığının vətəndaşı Armen Knyazyan, Livan Respublikasının vətəndaşı Gevrq Haciyan, Suriya Ərəb Respublikasının vətəndaşı Stepan Keşişyan, Kanada vətəndaşı Kristofer Artin, Fransa Respublikasının Marsel şəhərindən olan adları müəyyənləşməmiş 15 nəfər adları məlum olmayan şəxslə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində 2 cinayət işinin istintaqı aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR