Gürcüstanın 10-a yaxın müxalifət partiyası seçkiöncəsi yeni memorandum imzalayıb

img

30-10-2020 [13:25]


Gürcüstanın 10-a yaxın müxalifət partiyası seçkiöncəsi yeni memorandum imzalayıb.

Sənədə əsasən, müxalifət Gürcü Arzusu Partiyası ilə əməkdaşlıq və onunla koalisiya hökuməti yaratmaqdan imtina edib.

“Gürcü Arzusu” isə parlament seçkilərində qalib gələcəyinə və koalisiya hökumətinə ehtiyacın olmayacağına əmindir.

Qeyd edək ki, sabah qonşu ölkənin parlamentinə seçkilər keçiriləcək. Seçicilər 30 deputatı majoritar, 120-sini isə proporsional sistem üzrə seçəcəklər. Siyasi partiyalar yetərincə səs əldə edə bilməsələr, koalisiya hökumətinin yaradılması məsələsi gündəmə gələcək. İndiyədək Gürcüstanda bu cür hökumət olmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR