Emin Əmrullayev: "İstifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək"

img

30-10-2020 [11:09]


Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb.

Mia.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, aidiyyəti orqanlarla birgə testlər aparılıb: "Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Artıq istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək".

Nazir bildirib ki, növbəti iki həftədə təhsili onlayn qaydada həyata keçirəcəyik.


Digər xəbərlər
SON XƏBƏRLƏR