ƏN ÇOX BAKIDA, ƏN AZ İSƏ... - Azərbaycanda koronavirus hansı ərazilərdə daha çox yayılıb? 

img

30-10-2020 [10:22]


Azərbaycanda koronavirusun zonalar üzrə yayılma göstəriciləri açıqlanıb.

Mia.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hələ də ölkədə ən yüksək yoluxma Bakıda yaşanır.

Belə ki, ölkə üzrə yoluxanların 55.2 faizi paytaxtın payına düşür.

Bakıda isə ən yüksək yoluxma halları yenə də Binəqədi rayonunda yaşanır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Abşeronda yoluxma faizi 14.5 faiz, Aranda 10.6 faiz, Gəncə-Qazaxda 6.7 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 2.9 faiz, Quba-Xaçmazda 2.5 faiz, Dağlıq Şirvanda 1.6 faiz, Yuxarı Qarabağda 1.1 faizdir.

Naxçıvanda yoluxma 0.08 faiz, ölkə xarici yoluxma isə 0.9 faiz təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR