Avropa Liqası: "Qarabağ" "Vilyarreal"a, "Sivasspor" isə "Makkabi"yə uduzdu

img

29-10-2020 [23:49]


UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ" Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda İspaniyanın "Vilyarreal" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, ilk turda "Makkabi"yə məğlub "Qarabağ" güclü rəqibi qarşısında əzimli oyunu ilə 78-ci dəqiqədə hesabı açıb. Lakin cəmi 2 dəqiqə sonra hesaba tarazlıq gəlib.

Bundan 5 dəqiqə sonra (85-ci dəqiqə) ispan komandası fərqi artırıb.

Oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqəsində isə "Qarabağ"ın qapısına penalti təyin olunub.

Rəqib bu dəfə də dəqiq oynayıb - 1:3.

Beləliklə, oyun bu heabla başa çatıb - 1-3.

Qrupun digər qsrşılaşması isə "Sivasspor"la "Makkabi" arasında keçirilib. İlk oyunda "Vilyarreal" komandasına 5-3 hesabı ilə məğlub olan  türk komandası bu dəfə də İsrail komandası ilə  bacarmayıb - 1:2.

Beləliklə, qrupda "Makkabi" və ispan komandası 6 xalla 1 və 2-ci yerləri bölüşür, "Qarabağ" və "Sivasspor" isə xalsızdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR