Prezident İlham Əliyev daha bir qanunu imzalayıb

img

29-10-2020 [18:24]


Azərbaycanda “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” saziş qüvvəyə minib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Xatırladaq ki, Milli Məclisin qəbul etdiyi qanunda deyilir ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının ötən il mayın 31-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş iclasında imzalanmış saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR