Qarabağ bölgəsinin azərbaycanlı icmasından kanadalı senatora - Etiraz
29-10-2020 [16:21]
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural Gəncəliyev Kanada Parlamentinin senatoru Leo Housakos və Ontario yerli parlamentinin üzvü Gurratan Singhə həm video, həm də yazılı formatda etirazını bildirib.
İcmadan Mia.az-a verilən məlumata görə, son günlər adıçəkilən şəxslər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalını dəstəkləyən bəyanatlar səsləndiriblər.
Tural Gəncəliyev həmin şəxslərin və bütün Kanada Parlamentinin üzvlərinin diqqətinə münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinə Ermənistan tərəfindən atılan qadağan olunmuş raketlər nəticəsində 100-ə yaxın mülki əhalinin öldürülməsi və onların 10 nəfərinin azyaşlı olması faktını çatdırıb: “Seçicilərinizin hüquqlarını qorumaq əvəzinə, sizə verilən tribunadan erməni lobbisinin ruporu kimi çıxış etməyiniz seçicilərinizə hörmətsizlik kimi qiymətləndirilir. Siz bu hərəkətlərinizlə Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı törətdiyi müharibə cinayətlərinin müdafiəçisinə çevrilirsiniz”.
Müraciətdə Tural Gəncəliyev Kanadanın Ontario və Quebec bölgələrinin əhalisinə səslənərək bildirir ki, onları parlamentdə təmsil edən şəxslər günahsız insanların ölümlərinə bütün insan haqlarını kobud şəkildə pozaraq haqq qazandırır: “Bu siyasətçilər doğrudanmı sizin dəstəyinizə layiqdirlər?”.
İcma sədri sonda Singh və Housakosun xalqımıza qarşı qərəzli mövqelərini kəskin şəkildə qınamaqla yanaşı, onları Azərbaycan xalqından üzr istəməyə çağırıb.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?