Azərbaycan “Human Right Watch” və “Amnesty İnternational”a dəvət göndərib

img

29-10-2020 [15:14]


“Bütün cinayət əməlləri aidiyyəti üzrə sənədləşdirilir. Həmçinin Azərbaycan Respublikası tərəfindən “Human Right Watch” və “Amnesty İnternational” kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub ki, onlar da bu faktları əsaslı şəkildə qiymətləndirsinlər”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev deyib ki, məqsəd odur ki, bu faktlar beynəlxalq ictimaiyyətə layiqincə təqdim edilsin/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA