Prezident İranın xüsusi nümayəndəsi ilə görüşdə: "Siz tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək"
28-10-2020 [20:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
-Xoş gəlmisiniz. Şadam sizi görməyimə.
Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır.
Bu gün bir neçə kənd işğalçılardan azad edildi. Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər.
Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək.
Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq.
Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır.
Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk.
Xahiş edirəm ki, hörmətli cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı söhbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılaşmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz.
Seyid Abbas Əraqçi dedi:
-Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm.
Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm. Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm.
Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
SOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxarıldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
ABŞ Yəməndəki husilərin mövqeyini bombalayıb
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
Magistraturaya qəbul: qeydiyyat başlayıb
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Açıqlama
Lənkəranda qəza: ata və oğul ölüb
Xankəndidə silah-sursat aşkarlanıb
Pensiyaya çıxan məşhur müğənni məbləğin azlığından şikayətləndi: "Pensiyaçıların Allahdan başqa yardımçıları yoxdur..."
Fələstinli cərrah Qlazqo Universitetinin rektoru seçilib
İstanbulda magistral yolda maşın atəşə tutulub - Yaralılar var
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan neftinin qiyməti 87 dollara enib
ABŞ-da terror: bıçaqlı şəxs əvvəlcə maşını camaatın üstünə sürüb, daha sonra... - 4 nəfər ölüb, 5 yaralı var
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb - FOTO
Kolumbiya argentinalı diplomatları ölkədən qovdu - "Qatil, terrorçu prezident" sözünə görə
İranlı aktyor sosial media fenomeni olan nişanlısını döyüb - FOTOLAR
Kılıçdaroğlundan saxta afişalara sərt reaksiya: "Bəli, bir gün öləcəyəm, amma..." - FOTO
Departament BMT məruzəçisinin hesabatını rədd etdi: "İsrail Qəzzada soyqırım törətməyib"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "Pullar danışır!”
Ramazanın 18-ci günü: imsak və iftar vaxtları
Prezidentin köməkçiləri, şöbə və sektor müdirləri... - Onların qəbul günləri bəlli oldu (CƏDVƏL)
Bakıda liftin qapıları arasında qalan 45 yaşlı qadın ölüb
"Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və..." - Rəsmi Bakı NATO-nin sabiq rəhbərini qınadı
Nazir "həmkarlar"ın sədrinə yüksək vəzifə verdi
Banan Azərbaycanda niyə baha satılır?
İCRA BAŞÇISINA QARŞI SUİ-QƏSD CƏHDİ: Azərbaycana qarşı “Boris planı”, yoxsa... - TƏHLİL
Sabiq rektora 15 il cəza tələb olundu - Məhkəmə iclası
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qəzzada savaş: can itkisi 32 min 490-a yüksəlib
"Hacıqabul Şərq" komandasını yarışlardan kənarlaşdırılıb
Bənazir Bhuttonun ata Buşa tarixi sözü və ya islam adı altında bəslənən gizli qruplar...- TƏHLİL
Rusiyada 15 yaşlı müsəlman gəncə "Şücaət" medalı verildi - Səbəb