Türkiyə XİN: "Bu son hücum Ermənistanın hərbi cinayətlər siyahısında öz utanc yerini tutur" 

img

28-10-2020 [17:32]


“Dünənki qəddar təcavüzün ardından Ermənistan Azərbaycanın münaqişə zonasından kənarda olan Bərdə şəhərindəki dinc əhaliyə alçaqca və xaincə növbəti dəfə hücum edib. Bu hücum nəticəsində, ilkin məlumata görə, 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı və mətanət diləyirik”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Ermənistanın uşaq demədən, gənc, yaşlı ayırd etmədən dinc əhaliyə qarşı davam etdirdiyi bu alçaq hücumları lənətləyirik. Ermənistanın dinc əhalini terrorizə etmək və qətl etmək üçün yürütdüyü bu xain siyasət Xocalı qətliamının arxasında yatan xəstə zehniyyətin təzahürüdür. İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir. Bu son hücum Ermənistanın etdiyi və məsuliyyətə cəlb olunacağı hərbi cinayətlər siyahısında öz utanc yerini tutub. Başda Minsk qrupu həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistana lazımi reaksiyanı göstərməsinin zamanı çoxdan yetişib”, - bəyanatda qeyd olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR