ƏRDOĞAN QARABAĞLA BAĞLI ŞOK FAKTLAR AÇIQLADI: "Putinə dedim ki, "qırımız xətt" keçilsə, atamızın oğlu olsa belə, göz yummayacağıq” - Ermənilər 2 min PKK-çını döyüşə gətirib

img

28-10-2020 [14:48]


"30 ildən çoxdur ki, azərbaycanlılar yaşadıqları Dağlıq Qarabağ və ətraf rayonlardan qovulublar. Buna baxmayaq, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa münaqişəni həll etmədilər. Hər iclasda danışdılar, sonra da çıxıb getdilər. Təbii ki, Azərbaycan da öz vətəndaşlarının təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Ermənistan hücum etdi, Azərbaycan da özünü müdafiə etdi”.

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısındakı çıxışında deyib.

Ərdoğan dünən Rusiya Prezidenti Vadimir Putinlə apardığı telefon danışığının detallarını da açıqlayıb.

O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar: “Putinə dedim ki, istəsəniz gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu olsa da, göz yummayacağıq.

Bizi ittiham edirlər ki, guya biz Suriyadan Qarabağa döyüşçü göndəririk. Dəqiq kəşfiyyat məlumatları əsasında müəyyənləşdirmişik ki, 2000 PKK, YPG terrorçusu 600 dollar maaş məbləğində Qarabağda döyüşür. Bu məsələni də dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırdım. Putin mənə dedi ki, bunlardan xəbərim yoxdur. Həmin terrorçular Suriyadan gətirilir. Cənab Putinin bu terrorçulara üz verəcəyinə inanmıram, amma bunları Paşinyana deməlidir”.

Ərdoğan daha sonra qeyd edib ki, Azərbaycan işğal altında olan torpaqlarının ciddi bir hissəsini azad edib: "İanıram ki, Azərbaycan qısa müddət ərzində işğal altındakı digər ərazilərini də azad edəcək və azərbaycanlı qardaşlarımız öz doğma torpaqlarına geri qayıdacaq. İndiyə kimi Azərbaycanın yanında olduq, bundan sonra da Azərbaycanın yanında olacağıq. Zəfər Azərbaycanındır! Rəbbim yar və yardımçıları olsun”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR