Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olan dinc sakinlər dəfn olunub - FOTOLAR

img

28-10-2020 [11:58]


Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olan dinc sakinlər dəfn olunub.

Məlumata görə, dəfn mərasimində rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak edib.

Qeyd edək ki, ötən gün saat 16 radələrində erməni silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 13 nəfər isə xəsarət alıb/APA.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA