Azərbaycanın Moldovadakı səfirliyində Gəncədə həlak olanların xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib - FOTOLAR
27-10-2020 [23:00]
Oktyabr 27-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə növbəti hücum nəticəsində həlak olan insanların xatirəsinə həsr edilmiş anım tədbiri təşkil edilib.
Mia.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov Səfirliyə toplaşan tədbir iştirakçılarını salamlamış, öz təşəbbüsləri ilə iştirak edən etnik rus, ukraynalı, moldovalı və azərbaycanlılar daxil olmaqla Moldova sakinlərinə təşəkkürünü bildirmiş, ermənilərin humanitar atəşkəs rejimini pozaraq gecə saatlarında Gəncə şəhərini raket hücumuna məruz qoyması, nəticədə körpə, qadın və yaşlılar daxil olmaqla çoxlu sayda insan tələfatı, sakinlərin müxtəlif dərəcəli xəsarət alması və şəhərin dəhşətli dağıntılara məruz qalması ilə nəticələnən müharibə cinayətinin törədilməsini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Eyni zamanda, səfir nitqində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını əks etdirən tarixi faktlara toxunmuş və ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan mövqeyinin sarsılmaz olduğunu bir daha vurğulamışdır. Çıxışının sonunda səfir Q.Osmanov Moldova sakinləri tərəfindən Səfirliyə ünvanlanan erməni təcavüzünü pisləyən yüzlərlə dəstək məktublarını yüksək qiymətləndirdiyini bildirmişdir.
Daha sonra tədbirdə qonaq qismində iştirak edən Moldova parlamentinin deputatı Sergiu Sirbuya söz verilmiş, deputat ölkəmizin sözügedən münaqişədə haqlı mövqeyindən danışmış, dinc əhaliyə qarşı Gəncədə törədilən təcavüzün qəbul edilməz olduğunu, Moldovanın da ərazi bütövlüyü ilə bağlı mübarizə apardığını, bununla bağlı ölkələrimizin oxşar tarix yaşadıqlarını bildirmiş, beynəlxalq birlik tərəfindən günahsız insanlara qarşı törədilən təcavüzün yolverilməzliyi, eləcə də, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair birmənalı mövqe nümayiş etdirilməli olduğunu dilə gətirmişdir. Deputat müharibəni pisləyərək münaqişənin tezliklə Azərbaycanın sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsinə ümidvar olduğunu bildirmiş, sonda Gəncə şəhərinda həlak olan günahsız sakinlərin ailə və yaxınlarına başsağlığı vermişdir.
Tədbir zamanı çıxış edən Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov müharibənin müvafiq qaydalar əsasında aparılmasına məhəl qoymayan ermənilərin təcavüzkar hərəkətini pisləmiş, Moldovada yaşayan bütün azərbaycanlılar adından erməni terrorunun qurbanları olan Gəncə şəhərinin sakinlərinə dəstək və birlik nümayiş etdirdikmək məqsədilə toplaşdıqlarını bildirmişdir.
Eyni zamanda, tədbirə dəvət olunmuş moldovalı tarixçi və siyasi şərhçi Ruslan Şevçenko çıxışında münaqişənin tarixi köklərindən danışaraq, ermənilərin tarixən apardığı zorakı siyasətin nəticəsi olaraq müharibənin yenidən başladığını diqqətə çatdırmışdır. Moldovanın da oxşar münaqişəni yaşadığını qeyd edən tarixçi Azərbaycanın rəhbərliyi tərəfindən atılan konstruktiv və beynəlxalq hüquqa əsaslanan addımların Moldova üçün də nümunə olacağına ümid etmişdir.
Tədbirdə Moldovadakı azərbaycanlı icmanın fəallarından Maarif Rəhimov, Mehriban Bədəlova, gənclərdən Zamir Qubadov, Berqan Maarif və digər nümayəndələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ermənilərin Gəncəyə raket hücumu ilə bağlı azərbaycan, rus və rumın dillərində nitq söyləyərək ölkəmizin həqiqətlərini Moldova ictimaiyyətinə çatdırmış, tədbir iştirakçıları Səfirlik tərəfindən qurulmuş Gəncə hadisələrinin qurbanlarına həsr edilmiş güşəyə gül dəstələri düzmüşdür.
Eyni zamanda, tədbirdə çoxsaylı KİV nümayəndələri iştirak etmiş, sözügedən tədbir Moldova mətbuatında geniş işıqlandırılmış, məsələyə dair Moldova telekanallarında reportajlar yayımlanmışdır.
MİA.AZ
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib