Ruslan Şevçenko: “Silah qaçaqmalçılığı - Qarabağın Ermənistan tərəfindən işğalının əsas səbəblərdən biridir”
27-10-2020 [22:51]
Moldovanın TRIBUNA informasiya portalında Effektiv Siyasət İnstitutunun (Kişinyov) direktorunun müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun “Silah qaçaqmalçılığı - Qarabağın Ermənistan tərəfindən işğalının əsas səbəblərdən biridir” məqaləsi dərc edilib.
Mia.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Ermənistan hakimiyyəti işğal olunmuş ərazilərdə silah qaçaqmalçılığı, silah alqı-satqısı və saxlanması ilə geniş məşğul olur.
“Hərbi əməliyyatlar başlamazdan əvvəl Ermənistan Müdafiə Nazirliyinin balansında yalnız rəsmi 50 tank qeydə alınmışdır, yəni cəmi bir neçə həftə ərzində Azərbaycan qoşunları tərəfindən məhv edilmiş tankların sayının yarısı. Bu əlavə tanklar hardan çıxdı və əsası bunlar harda saxlanılırdı, nəzərə alsaq ki, hər bir ölkə silahlarının “şəffaflığının” araşdırması üçün BMT mütəxəssislərinə "qapılarını açmalıdır"?,- məqalədə deyilir.
Ermənilərin silah arsenalında təkcə tankların deyil, daha bahalı silahların da olduğu qeyd olunur. Müəllif qeyd edir ki, adi hesablamalar Ermənistanın bu tankları və digər texnikanı öz ərazisində saxlamadığını göstərir. Bu o dəməkdir ki, bütün bu silahlar Ermənistana gömrük qeydiyyatından yayınaraq qaçaqmalçılıq yolu ilə gəlib, və dərhal Dağlıq Qarabağa ötürülüb və orda saxlanılıbdır.
Həmçinin qeyd olunur ki, işğal olmuş ərazilərdə bu silahlar yalnız saxlanılmırdı, sonra qara bazara satılırdı.
“Qaçaq silahların onların rəsmi qiymətlərindən bir neçə dəfə az olduğunu nəzərə alsaq, Ermənistan hakimiyyət orqanlarının bundan “qazancının” miqdarını yalnız təxmin etmək olar.Üstəlik, Ermənistan silah arsenalının bir çox hissəsini gizli “yardım” və ya müddətsiz geri qaytarılmayan kreditlər şəklində alır.
Bu hərbi texnika əsasən terror təşkilatları və quldur birləşmələri tərəfindən alınırdı. Tam aydındır ki, bütün bunlar Ermənistan rəhbərliyinin xəbəri olmadan və ya birbaşa iştirakı olmadan baş verə bilməzdi”,- yazıda deyilir.
Müəllif eyni zamanda Qarabağda qaçaqmal silahının mənbəyini də göstərir. O qeyd edir ki, Azərbaycan hakimiyyətinin dəfələrlə bu sxemada erməni mənşəli böyük rus sahibkarlarının iştirak etdiyini və beynəlxalq sanksiyalar altında olan tanınmış silah alverçilərinin olduğunu göstərib. Bundan əlavə silahların mülki təyyarələrdə, qaçaqmalçılıq yolu ilə Ermənistana gətirildiyi bildirilir.
Sonda müəllif qeyd edir ki, işğal olunmuş ərazilər üzərində nəzarəti itirməklə Ermənistan həm terror təşkilatlarından böyük "qara" qazancını, həm də qanunsuz yolla əldə edilmiş silahları gizlətmək imkanını itirir.
“Bu Ermənistan üçün, Qarabağı həqiqi sahibinə sülh yolu ilə qaytarmamaq, müharibəni davam etdirmək üçün daha bir səbəbdir”,- deyə müəllif yazır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
https://tribuna.md/ru/2020/10/26/ru
MİA.AZ
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR