ANAMA Bərdənin kəndlərində kasetli bombanın qalıqlarını aşkarladı - FOTOLAR

img

27-10-2020 [21:32]


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mülki əhalinin sıx yaşadığı Bərdə rayonunun Alpout, Qarayusifli və Göyüşlü kəndlərinin erməni hərbi qüvvələri tərəfindən hədəfə alınması barədə məlumat yayıb.

ANAMA-dan Mia.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən əraziyə baxış zamanı 1 ədəd 300 mm 9M525 tipli raketin və tərkibindəki 72 ədəd 9N235 bombacığının qalıqları aşkar edilib.

Qeyd edilən bombacıqların partlaması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 4 nəfər həlak olub, 13 nəfər yaralanıb, 4 ev yararsız vəziyyətə düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR