Hikmət Hacıyev: “Ermənistan mülki insanları öldürərək müharibə cinayətləri törədir”

img

27-10-2020 [17:59]


“Davamlı hərbi itkilərini kompensasiya etmək üçün Ermənistan humanitar atəşkəsi pozub mülki insanları öldürərək müharibə cinayətləri törədir”.

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabındakı yeni paylaşımda bildirib.

O, Bərdə rayonuna reaktiv raketlərlə hücum edildiyini bir daha xatırladıb: "İndiyə qədər 3 nəfər həlak olub, uşaqlar və qadınlar da daxil olmaqla, 10 nəfər ağır yaralanıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR