Vəfat edəcəyini öncədən bilən Asəf Zeynallı: "O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın”
27-10-2020 [16:01]
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
***
Onu 23 yaşlı dahi də adlandırırlar. Son əsərini xəstəxanada divara yazan Asəf Zeynallı: "Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın”...
Bu gün Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edən, xalq musiqisinin mahir təbliğatçısı, istedadlı bəstəkar ASƏF ZEYNALLININ xatirə günüdür.
Cəmi 23 il yaşayan Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır.
Asəf Zeynallı “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.
O, 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. Elə burada da kiçik yaşlarında nəfəs alətləri üzrə təhsil alır. Bir müddət sonra ailəsi ilə Bakıya köçən Asəf Zeynallı təhsilini musiqi məktəbində davam etdirir.
Məşhur bəstəkar Mstislav Rastropoviçin atasından violençel dərsi alan A.Zeynallı 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda təhsil alır. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirir və ilk peşəkar bəstəkar adını alır.
Konservatoriyada oxuyarkən A.Zeynallı Üzeyir Hacıbəylinin dərslərini böyük səbirsizliklə gözləyirdi. Onun yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf Zeynallı sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır. Gənc bəstəkar Konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır.
Asəf Zeynallı təhsil almaqla yanaşı, Türk İşçi Teatrında və Konservatoriyanın nəzdindəki musiqi məktəbində işləyib. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olub.
Asəf Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib.
İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub. Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb.
Onun “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları bu gün də sevilir. O, “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.
İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun “Lay-lay“, “Günlər“ pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın “Fraqmentlər” süitası Azərbaycan musiqisində ilk simfonik əsərdir.
Asəf Zeynallı 1929-1931-ci illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan musiqiçiləri birliyinin sədri vəzifəsində çalışıb.
O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyib.
Asəf Zeynallı 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır.
Xəstəxanada ikən ölümün yaxınlaşdığını hiss edən Asəf Zeynallı qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. O qardaşına deyir: Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın”.
Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də, istedadının çiçəkləndiyi bir vaxtda, ömrünün 23-cü baharında dünyasınl dəyişir. Lakin onun son vəsiyyəti çox təəssüf ki, yerinə yetirilmir. Səbəbi isə bu günə kimi müəmma olaraq qalır. Bəzi mənbələrdə bu əsərin “Bakı” simfoniyası olduğu bildirilir...
Bu gün onun həyatdan köçməsindən 88 il ötür.
Xalqımız istedadlı bəstəkarını heç vaxt unutmur. Onun təhsil aldığı musiqi texnikumu - indi Azərbaycan Milli Konservatoriyanın nəzdindəki Bakı Musiqi Kolleci ölməz bəstəkarın adını daşıyır.
Cəmi 23 il yaşamış bəstəkarın ürəyində həyata keçirə bilmədiyi neçə-neçə yaradıcılıq niyyətləri yarımçıq qaldı.
...Deyirlər, insan iki ömür yaşayır - sağlığında və öləndən sonra. O, xalqının sənətkar oğlu kimi yaşadı. Elə yaşadı ki, öləndən sonra da ölmədi. Gözəl insani keyfiyyətləri, fitri istedadı, ürəkləri riqqətə gətirən musiqisi ilə qəlblərə ömürlük həkk olundu. Həmişə, hər an öyrənilməyə, nümunə göstərilməyə layiq irs qoyub getdi...
MİA.AZ
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı