AFFA bu klub və oyunçuları cəzalandırdı

img

27-10-2020 [15:46]


AFFA İntizam Komitəsi (İK) "Qarabağ"ın futbolçusu Rahil Məmmədovu bir oyunluq cəzalandırıb.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, buna müdafiəçinin VII turda "Zirə" ilə qolsuz heç-heçə etdikləri görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır. Klub isə 200 manat məbləğində cərimə olunub.

İK "Sabah" və "Sumqayıt" klublarına 800 manat məbləğində cəza kəsib. "Sabah"ın 5 oyunçusu "gənclik şəhəri" təmsilçisinə evdə 1:2 hesabı ilə uduzduqları görüşdə sarı vərə görüb. "Sumqayıt"ın isə 4 üzvü həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb


Digər xəbərlər
SON XƏBƏRLƏR