Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir

img

27-10-2020 [14:15]


Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber (Jerome Lambert) ölkədə yaşayan yerli ermənilər tərəfindən sosial şəbəkələrdə ölümlə hədələnib.

Mia.az "Report"a istinadla xəbər verir ki, ona Fransada erməni mafiyasının güclü olduğu və Azərbaycanı dəstəkləməkdə davam edəcəyi təqdirdə sonunun çatacağı bildirilib.

Xatırladaq ki, bundan əvvəl Fransanın TF1 kanalının jurnalisti Lizron Budul (Liseron Boudoul) Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı əsl reallığı əks etdirən reportajına görə erməni mənşəli fransalılar tərəfindən təhqir və təhdidlərə məruz qalmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR