İlham Əliyevin F-16-larla bağlı açıqlamasına Ankaradan reaksiya: "Azərbaycanın ehtiyacı olan hər şeyi verərik"

img

26-10-2020 [20:54]


Prezident İlham Əliyevin xalqa bugünkü müraciətində Türkiyənin ölkəmizdə olan F-16-ları ilə bağlı açıqlamasına Ankaradan rəsmi reaksiya gecikməyib.

Mia.az Türkiyənin TRT haber kanalına istinadla xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu İlham Əliyevin F-16-lar haqdakı açıqlamasına belə cavab verib: "Azərbaycanın ehtiyacı olan hər şeyi verərik".

Xatırladaq ki, İlham Əliyev xalqa müraciətində Azərbaycanda olan Türkiyənin F-16-ları ilə bağlı növbəti dəfə açıqlama verməklə yetinməyib, həm də böyük maraqla qarşılanan mesaj verib: "Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz nə qayırır? 

Gedin baxın da, F-16 nə edir: havadadır ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR