Düşmən kvadrokopteri məhv edildi - MN açıqladı

img

26-10-2020 [17:43]


Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR