Energetika Nazirliyində yeni mətbuat katibi təyinatı oldu - Yeni sözçü kimdir? + FOTO

img

26-10-2020 [16:47]


Energetika Nazirliyində mətbuatla iş sektorunun müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.

Məlumata görə, bu vəzifə Cahid Mikayılova həvalə edilib.

Oktyabrın 16-dan vəzifə səlahiyyətlərinin icrasına başlamış C.Mikayılov indiyə qədər, ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) çalışıb.

O, təyinatı ilə bağlı məlumatı təsdiq edib.

Xatırladaq ki, Energetika nazirinin müşaviri Zəminə Əliyeva bu vaxta qədər həm də qurumun mətbuat katibi vəzifəsini icra edirdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR