Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir - MN-dən daha bir açıqlama

img

26-10-2020 [12:03]


Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Mia.az xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur: "Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır".


Digər xəbərlər
SON XƏBƏRLƏR